Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Qədim alimlər türk xalqları haqqında. Cild 2.
Qədim alimlər türk xalqları haqqında. Cild 2.
Qədim alimlər türk xalqları haqqında. Cild 2.
Ebook769 pages7 hours

Qədim alimlər türk xalqları haqqında. Cild 2.

Rating: 0 out of 5 stars

()

Read preview

About this ebook

Bu kitabdan əldə olunan bütün gəlir xeyriyyəçiliyə veriləcək. Genetik tapıntılara, arxeoloji, tarixi, linqvistik faktlara və qədim alimlərin, tarixçilərin və coğrafiyaçıların şəhadətlərinə əsaslanan bu əsər türk xalqlarına və onların keçmişinə yeni bir baxış gət

LanguageAzerbaijani
Release dateAug 17, 2023
ISBN9781087943596
Qədim alimlər türk xalqları haqqında. Cild 2.
Author

Dr. A. Sanducci

Tədqiqatçı haqqında bir neçə kəlmə. Türkşünaslıq üzrə geniş akademik təcrübəyə malik, ABŞ-ın Berkli Universitetinin keçmiş qonaq professoru, bu 2 cildlik tədqiqatın və bir çox digər maarifləndirici kitab və məqalələrin müəllifi dünyanın bir çox nüfuzlu Universitetlərində, o cümlədən Stanford Universitetində və UC Davis-də çıxışlar və mühazirələr oxuyub.

Read more from Dr. A. Sanducci

Related to Qədim alimlər türk xalqları haqqında. Cild 2.

Related categories

Reviews for Qədim alimlər türk xalqları haqqında. Cild 2.

Rating: 0 out of 5 stars
0 ratings

0 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Qədim alimlər türk xalqları haqqında. Cild 2. - Dr. A. Sanducci

    А. SANDUCCİ

    Qədim alimlər

    türk xalqları haqqında.

    CILD 2.

    Copyright © 2023 A. Sanducci

    All rights reserved.  No part of this book may be reproduced or transmitted in any form or by any means, electronic or mechanical, including photocopying, recording, or by any information storage and retrieval system without permission in writing from the publisher.

    Bütün hüquqlar qorunur. Bu kitabın heç bir hissəsi naşirin yazılı icazəsi olmadan hər hansı formada və ya hər hansı vasitə ilə, elektron və ya mexaniki, o cümlədən fotokopiya, səsyazma və ya hər hansı məlumat saxlama və axtarış sistemi ilə çoxalda və ya ötürülə bilməz.

    Əlaqə e-poçtu: info@worldscholarlypress.com

    Imprint—World Scholarly Press. Los Angeles, USA

    Title: Qədim alimlər türk xalqları haqqında. (Ancient Scholars about the Turks and the Turkic Nations.)Volume 2.

    Author: A. Sanducci

    Digital distribution | 2023

    Nəşriyyat — World Scholarly Press. Los Anceles, ABŞ

    Başlıq: Qədim alimlər türk xalqları haqqında. Cild 2.

    Müəllif: A. Sanducci

    Rəqəmsal paylama | 2023

    MƏZMUN.

    MÜQƏDDİMƏ.

    Dünyanın etnogenetik sistemində həm kəmiyyətinə, həm də keyfiyyətinə – min illərlə davam edən hərbi- siyasi, sosial- iqtisadi  və mədəni- mənəvi passionarlığına görə əhəmiyyətli yer tutmuş, XX əsrin sonu, XXI əsrin əvvəllərindən etibarən özünün  harmoniya yaradıcılığı iddiaları ilə tarix səhnəsinə yenidən çıxmağa başlamış türk  xalqlarının  – türklərin tərcümeyi- halının qədim dövrlərinə həsr olunmuş bu son dərəcə geniş panoramlı, ən müxtəlif məsələləri eyni bir məcrada üzvi şəkildə birləşdirərək kifayət qədər dərin, əsaslı təhlilini verən bu əsər  təsadüfən, yaxud hansısa məlum siyasi- ideoloji mövqeyin təsiri və ya təzyiqi altında deyil, xüsusi intellektual- humanist bir missiya ilə qələmə alınmışdır ki, müəllif ön sözdə bu barədə yazır: Bu kitabın yeganə məqsədi çoxəsrlik yalanları təkzib etmək və türk xalqlarına qarşı ləyaqətsiz düşmənçiliyi aradan qaldırmaq, qədim və  orta əsr müəlliflərinin – keçmişin qərəzsiz və ləkəsiz abidələrinin  yaradıcılarının ifadələrini  köməyə çağırmaq, heç kimin tərəfini tutmadan, bir milləti  izzətləndirmədən və digərini alçaltmadan faktların mahiyyətini bildirməkdir.

    A.Sanducci qədim alimlər dedikdə istər qədim dövrün yəhudi, yunan, Roma, istərsə də orta əsrlərin ərəb-müsəlman, türk, Avropa elm adamlarını nəzərdə tutaraq onların ən müxtəlif aspektlərdən – dil, din, ədəbiyyat, incəsənət, adət- ənənə və s. verilmiş çox mötəbər məlumatlarını,  söylənmiş fikir və mülahizələrini, bir tərəfdən, müqayisə, digər tərəfdən, şərh etməklə türklər haqqındakı həqiqətləri  ortaya çıxarmağa çalışır. Bununla belə cəsarətlə demək olar ki,  müəllif yalnız qədim alimlərin dedikləri  ilə kifayətlənməyib sözügedən məlumatlar, fikir və mülahizələr işığında və xeyli zəngin, çoxtərəfli materiala istinad edərək özünəməxsus araşdırmalar aparır. Həmin araşdırmalar ona görə  ayrıca dəyərləndirilməlidir ki, sadəcə qədim alimlərin dediklərini təsdiq eləməklə bitməyib bir sıra zəruri problemlərin həllinə, türk tarixinə yeni faktlar, mənbələr, elmi-metodoloji prinsiplər əsasında yanaşmağa gətirib çıxarır.  Qədim alimlərlə müasir dövrümüzün tədiqiqatçısı arasındakı bu mətnaltı dialoq isə bir çox mətləblərin aşkarlanmasına, başlıcası isə yüz illər boyu müəyyən beynəlxalq üstünlük, nüfuz qazanmış mədəniyyətlərin müasir texnologiyalardan  geri qalmış mədəniyyətlərə, xüsusilə onların keçmişinə qarşı yürütdükləri təcavüzkar siyasətin iç üzünün  açılmasına yardım göstərir.

    Əsərin birinci fəslində müasir türkologiya üçün demək olar ki, tamamilə orijinal bir mövzu – türk xalqlarının Bibliya mənşəyi barədə bəhs olunur ki, həmin  mövzuya indiyə qədər bu cür sistemli münasibət göstərilməmişdir. Qədim türklərdən olan azlarla Bibliya diyarı Uzun, Bibliya türkləri ilə midiyalıların, Orta Asiya və Çinin Bibliya hitit, xett və  və xitaylarının, eləcə də,  akkad, şumer, kassit, kaanit və başqalarının etnogenetik müqayisəsi olduqca maraqlıdır. Və bu müqayisələr qədim türklüyün  hüdudlarını  genişləndirməklə qalmayıb Ön Asiyanın etnik tarixi barədə  XIX, XX əsrlərdə formalaşmış müəyyən  trafaretlərə heç bir alternativ fikir qəbul etməyən pedant təsəvvürlərə yeni mövqedən baxmağın ilk təcrübələrini verir. Əlbəttə, müəllif bu və ya digər müddəasında müəyyən  mübahisəli fikir söyləyə, yaxud yanlışlığa yol verə bilər,  bütövlükdə isə etiraz doğurmayan onun hər cəhətdən obyektiv həqiqət axtarıcılığı enerjisidir ki,  kitabın bütün fəsillərində özünü ardıcıl nümayiş etdirir.

    XX əsrin əvvəllərində qədim şumerlərin etnik, eləcə də dil mənşəyi  barədəki mülahizələrdə türk amili, əgər belə demək mümkünsə, aparıcı mövqedə olsa da, sonralar bu mövqedən ümumən imtina olunması, düşünmürük ki, yalnız elmi qənaətlərdən irəli gəlmişdir. Çünki elə təkzibedilməz faktlar (ilk növbədə leksik paralellər, şumer- türk epos modelləri oxşarlıqları və s.) vardır ki, məsələ müzakirə edilərkən bunlara arxa çevirmək sadəcə olaraq mümkün deyil. Və ona görə də A.Sanduccinin sözügedən mövzunu daha əhatəli bir şəkildə yenidən müzakirə predmetinə çevirməsi cəhdi diqqəti çəkməyə bilməz.

    Sak-skiflərin türk mənşəliliyi də şumerlərin türk mənşəliliyi kimi ya kəskin şəkildə təsdiq, ya da eyni kəskinliklə inkar olunması ilə səciyyəvidir. Həmin məsələyə nüfuz edərkən də müəllif öz araşdırma- analiz üsuluna sadiq qalaraq çox geniş bir kontekstə müraciət eləyir: Skifiyanın etnik mənzərəsini müəyyənləşdirmək üçün nəzərlərini parfiyalılar və baktriyalılar, sonra hunlar, sonra sarmatlar, savromatlar və turka, hətta kelt, iber və german tayfalarına  qədər fərqli etnik məkanlarda və zamanlarda gəzdirərək elə bir universal qanunauyğunluq və ya  qlobal  zaman- məkan hüdudları axtarır ki, türklərin etnik tərcümeyi- halını bütün  təfərrüatı ilə göstərsin.

    Müasir Azərbaycanın tarixi ərazisi olan Midiyanın əhalisinin  İran, yaxud türk mənşəli olması da elmi dairələrdə neçə illərdir ki, gərgin mübahisələr doğurmaqdadır. Bəzi məqamlarda bu məsələyə əfsanəvi İran- Turan münaqişələri fonunda yanaşılır. Son illərdə Azərbaycan tarixçisi və türk dünyası ictimai- siyasi xadimi Həsən Həsənovun bəzi  araşdırmalarında problemin həllinə ciddi cəhdlər göstərilir. Ənənəvi olaraq A.Sanducci də məsələyə daha çox linqvistik baxımdan yanaşır. Midiyanın türk onomastikasını aşkarlayan, Bisitun (Akbatan) kitabəsinə əsaslanaraq Midiya dilinin türk mənşəli olduğu fikrini müdafiə edən və bunun üçün 65 qrammatik göstəricini nümunə gətirən müəllifin, heç şübhəsiz, daha irəli getdiyini demək mümkündür.

    Kitabın ariya xalqlarının türk şəcərəsindən bəhs olunduğu fəsli, görünür, müəllifin təkcə mifoloji, tarixi və linqvistik faktlarla qarşılıqlı əlaqədə (və məharətlə) işləmək bacarığının  deyil, eyni zamanda cəsarətli fikir söyləməkdən, yeni- yeni müzakirələr açmaqdan  çəkinmədiyinin daha  bir əlamətidir. German və türk xalqlarının təəccüblü oxşarlığından  danışan elm adamının müşahidələrinə, intuisiyasına gəldikdə isə etiraf etməliyik ki, bu, onun təqdimində o qədər də təəccüblü görünmür. Hər şeydən əvvəl ona görə ki, A.Sanduccinin izlədiyi araşdırma metodu olduqca humanist inersiyası ilə görünür zahirən müxtəlif görünən xalqlar arasında daxili etnogenetik oxşarlıqlar, eyni mənşədən gəldiklərini göstərən əlamətlər, xüsusiyyətlər tapır.

    Belə bir sual meydana gələ bilər ki, tarixin müxtəlif dövrlərində və dünyanın ayrı- ayrı coğrafiyalarında  türklərin bu qədər fəal bir şəkildə zühur edib etnogenetik proseslərin mərkəzində dayanmaları  nə dərəcədə əsaslıdır? Əlbəttə, bu sual  nə qədər məntiqli görünsə də, A.Sanduccinin kitabı bu cür sualların yox, külli miqdarda faktların (və həmin faktları fiksə edərək öz ümumiləşdirmələrini verən qədim alimlərin)  məntiqinə əsaslanır. Məsələn, qədim  etrusklar, onların dili (etrusk dilindəki 45, yaxud  frigiya dilindəki 37 türk dili ünsürü),  eləcə də bir sıra ortaq mifoloji süjetlər, obrazlar türklərin İtaliya yarımadasında olmaları barədə elə bir təkzibedilməz təsəvvür yaradır ki, bu və buna bənzər çoxsaylı induktiv sübutlar hər hansı deduktiv şübhəyə yer qoymur. Müəllifin  geniş erudisiyasının nəticəsidir ki, burada da eynitipli faktların geniş bir mənzərəsini canlandırır.

    Qədim türk tamqaları (damğaları) türklərin həm dövlətçilik, həm təsərrüfat həyatı, həm də mədəniyyət tarixi (xüsusilə bir etnos olaraq, türklərin identifikasiyası!) üçün çox mühüm göstəricidir. Kitabda tamqaların etnosemiotik xüsusiyyətlərinin öyrənilməsinə müfəssəl yer  verilmiş, onların dini- mistik, hərbi- siyasi, mənəvi- mədəni səciyyəsi barədə müəyyən təsəvvür yaradılmışdır.

    Amerikada yaşayan araşdırmaçının həm Şimali, həm də Cənubi Amerikada  qədim türk izlərinə diqqət yetirməsi, əlbəttə, tamamilə təbiidir. Və buradakı türk mənşəli toponim, etnonimlərin, Mayya, eləcə də yerli amerikalıların lüğətlərindəki türk leksikonunun, Şimali və Cənubi Amerika  kurqan mədəniyyətinin, regionun türk tamqalarının, petroqliflərin və s. arxaik elementlərin öyrənilməsi müəllifin  amerikalı olması ilə yanaşı, türkoloji marağının üfüqlərinin  intəhasızlığından irəli gəlir.

    Fikrimizcə, türk dilləri, xalqları və mədəniyyətləri haqqında elmin hazırki inkişaf mərhələsində əsərin dəyərini iki səviyyədə etiraf etmək lazımdır ki, onlardan birincisi ümumbəşəri səviyyədir: qədim alimlərin mülahizələrinə, yəni prinsip etibarilə, ümumbəşəri intellektual mövqeyə əsaslanan bu səviyyə göstərir ki, türklər dünyanın tarix yaradan xalqlarından biri olmuşlar. Və onların zaman- zaman zəbt edilmiş  qürurverici tarixi irslərini özlərinə qaytarmaq lazımdır. Türkoloji miqyas  daşıyan ikincisi isə odur ki, əcdadlarının necə bir irsin sahibləri olduğunu  ayrı- ayrı türk xalqları da anlamalı, dünya birliyində özlərinəməxsus iqtisadi, siyasi, mədəni mövqe qazanmaq  uğrunda XXI əsrin əvvəllərindən daha da güclənən mübarizədə inamlı olmalıdırlar.

    A.Sanduccinin Qədim alimlər türk xalqları haqqında kitabı bir neçə il əvvəl ingilis və rus dillərində çıxmışdır. Biz əminik ki, azərbaycanca bu nəşrin ardınca bütün türk dünyasında yayılmaq üçün kitabın tədricən digər türk dillərində də nəşrləri meydana çıxacaqdır.

    Nizami Cəfərov Qulu oğlu.

    Azərbaycanda Atatürk Mərkəzinin mudiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.

    ÖN SÖZ

    Persiyanın ağaları, onlar Kirin və Histaspın taxtında otururlar. Moskvoviyanı fəth etdilər. Türklər adı altında Avropa, Asiya və Afrikada böyük fəthlər etdilər; və onlar yer üzünün bu dörddə üçündə hakim qüvvədirlər. Daha uzaq dövrlərdə Roma İmperiyasını devirən xalqlardan bəziləri onların nəslindən idi. Çingiz xanın fəthləri ilə müqayisədə İsgəndərin fəthləri nədir? Bu qalib xalqın öz nailiyyətlərini şərəfləndirmək üçün tarixçilərdən başqa heç nəyə ehtiyacı yoxdur. Nə qədər ölməz əməllər unudulmuşdu! Neçə imperiya qurdular, biz bilmirik! Yalnız bir anlıq şöhrəti ilə məşğul olan və bütün dövrlərdə qələbə çalan bu döyüşkən xalq öz şöhrətini əbədiləşdirmək barədə düşünmürdü.

    [Şarl de Secondat, Baron de Montesquieu. Fars məktubları. Cild 2. Məktub 82.]

    Məşhur 18-ci əsr fransız diplomatı Baron de Montesquieu da əlavə etdi:

    Dünyanın bütün xalqlarından...fəthlərin böyüklüyünə və genişliyinə görə heç biri tatarları üstələmədi. Bu xalq yerin əsl hökmdarıdır: hər kəs onun xidməti üçün nəzərdə tutulmuş kimi görünür; o, həm imperiyaların qurucusu, həm də məhv edəndir; hər zaman o, öz şücaətini dünyaya nümayiş etdirirdi; hər zaman o, millətləri bürüyən bəla idi. İki dəfə tatarlar Çini fəth etdilər və hələ də tabeçiliyində saxlayırlar. Muğal imperiyasını təşkil edən geniş əraziləri idarə edirlər. [Orada]

    Turlar, tatarlar, muğallar, İskitlər, pelasqlar, trakyalılar, basklar, alemanlar, svevlər, qalataylar, friglər, Hititlər, midiyalılar, akkadlar, troyanlar, spartalılar, lakedemoniyalılar, parfiyalılar, baktrialılar, hunlar və digər türk xalqları kimi tanınan türklər qədim və orta əsrlər tarixinin yaradıcıları idilər. 20-ci əsrin əvvəllərinə qədər dünya tarixində heç bir əhəmiyyətli hadisə türk xalqının müdaxiləsi və ya birbaşa iştirakı olmadan baş vermədi. Bununla birlikdə, türk xalqlarının əsrlər boyu onlara pis xidmət edən çox bağışlanmaz bir qüsuru var idi – gələcək nəsillər üçün şöhrətləri və əzəmətləri haqqında az yazılı əsər və salnamələr buraxdılar. Daha sonra bir vaxtlar türk xalqları tərəfindən fəth edilən və sonra zalımlarına çevrilən digər xalqlar özlərinə yeganə məqsəd qoymuşdular – türk dünyasının şanlı tarixini silmək və öz nağılları ilə əvəz etmək, türk xalqlarının tarixi abidələrini və əsərlərini məhv etmək və bəzi hallarda daha da pis – onları özlərinki kimi təqdim etmək.

    Kədərli həqiqət budur ki, tarixinizi yazmasanız, başqası bunu sizin üçün və ya sizin əleyhinizə edəcəkdir. History (tarix) sözü sözün əsl mənasında onun hekayəsi deməkdir – hadisələri özü istiyən kimi şərh edərək yazan şəxsin hekayəsi. Türklər qədim zamanlardan bəri öz əlifbalarına sahib olsalar da və səmavi varlıqlarla ünsiyyət qurmaq üçün əsasən dini məqsədlər üçün istifadə etsələr də, çox qürurlu idilər və ya bəlkə də yeni torpaqları və xalqları fəth etməklə məşğul idilər və salnamələr yaratmaq ehtiyacına çox əhəmiyyət vermədilər və beləliklə məğlub olanlara qaliblərin hekayəsini yazmağa imkan verdilər. Aydındır ki, qəhrəmanlar heç vaxt öz hekayələrini yazmırlar. Beləliklə, onların görkəmli nailiyyətləri, hərbi ağılın əzəməti və məğlub olanlara qarşı nəcibliyi tamamilə nəzərə alınmadı, tarixi sənədlərdən çıxarıldı və ya daha da pis, əksər hallarda səhvən bir vaxtlar türk xalqları tərəfindən fəth edilmiş insanlara aid edildi. İndi biz, yeni minilliyin nəsli, addım-addım onların izlərindən keçmək və fakt qırıntılarını bir-bir götürmək, hamısını bir yerə toplamaq, həqiqəti ifşa etmək və qədim və orta əsr türk xalqları haqqında şahidlik edilmiş dəlillər təqdim etmək taleyinə düşmüşük. Bunu yalnız hakim millətin ehtiyaclarına xidmət edən vicdansız alimlər tərəfindən yazılmış türk xalqları haqqında təhrif olunmuş həqiqəti və əsasən açıq yalanları ehtiva edən yüzlərlə kitabın olması nəzərə alınmaqla etmək xüsusilə çətindir. Napoleonun bir vaxt dediyi kimi, tarix tərəflər arasında razılaşdırılmış bir yalandır.

    Bu kitabın yeganə məqsədi çoxəsrlik yalanları təkzib etmək və türk xalqlarına qarşı ləyaqətsiz düşmənçiliyi aradan qaldırmaq, qədim və orta əsr müəlliflərinin – keçmişin qərəzsiz və ləkəsiz abidələrinin yaradıcılarının ifadələrini köməyə çağırmaq, heç kimin tərəfini tutmadan, bir milləti izzətləndirmədən və digərini alçaltmadan faktların mahiyyətini bildirməkdir.

    İllərlə saysız-hesabsız elmi araşdırmalara, şəxsi mənbələrdən əhəmiyyətli maliyyə buraxəlmasına baxmayaraq və işlərinə görə pul tələb etməyən qədim alimlərin şərəfli ənənəsini davam etdirmək üçün bu kitab hər kəs üçün pulsuz olaraq təqdim olunur ki, məlumat hər kəs üçün əlçatan olsun. Bir çox kitab platforması pulsuz paylanmaya icazə vermədiyi üçün bu kitabın satışından əldə olunan bütün gəlirlər xeyriyyəçiliyə yönəldiləcəkdir.

    A black and white text Description automatically generated

    CILD 2.

    § 11. TROYAN XALQLARI.

    Antik dövrdə bəşəriyyətin keçmiş və indiki nəsillərinin şüur ​​və qəlbinə həkk olunmuş əfsanəvi şair Homerin sayəsində qismən məşhurlaşan heyrətamiz bir xalq var idi. Bu, Troya səltənətinin yerli sakinləri olan troyalılar idi – Virgil onları böyük tanrıların qanından gələn qan kimi təqdim etmişdi [5.56].

    Təəssüf ki, müasir dünyanın çox hissəsi ya bu troyalıların kim olduğunu bilmir, ya da səhvən onların yunan olduğunu düşünür. Akademik dünyanın yalnız kiçik bir hissəsi həqiqəti qəbul edir – Troya sakinləri ümumiyyətlə müasir türk xalqlarının, xüsusən də Türkiyə türklərin əcdadları idi.

    Troy=Troia=Τροία adı türk mənşəlidir. O, iki komponentdən ibarətdir:

    Tr > Tur  ‘1.qüdrətli, əbədi’; 2.Tur – kişi adı’    

    +

    Oy, Oia > Öy, Öi ‘ev’ –

    türkcə qüdrətli ev və ya Tur-un evi deməkdir. 

    Tur, həmin Tros (Τρώς),həmin Turos, Zevsin böyük nəvəsi idi, Troya ölkəsi və onun əhalisi Troyalılar adlarını ondan aldılar. Onun türkcədən tərcüməsi qüdrətli başçı deməkdir (Tr >Tur ‘qüdrətli, əbədi’ + Os > Us ‘ustad, hökmdar’).

    Əfsanəvi Homer «İliada» da Tros-un nəslinin aşağıdakı şəcərəsini bu Troya sülaləsindən olan Aeneas-ın sözləri ilə təqdim etdi:

    Ancaq mənim bütün şəcərəmi bilmək istəyirsinizsə, nə qədər məşhur olsa da, o zaman Bulud Toplayan Zevsin oğlu – Dardanos, hələ düzənlikdə müqəddəs İlion tikilməmişdən əvvəl Dardanianı qurmuşdu və onun xalqı hələ də sulu İda–nın ətarfında yaşayırdı. Dardanosun oğlu yer üzünün ən varlı padşahı Erixtonius idi, onun su çəmənliklərində otlayan və zərif taylarını böyüdən üç min madyanı var idi... Erixtoniusun oğlu Tros troyalıların növbəti kralı idi və onun üç misilsiz oğlu vardı: İlos, Assarakos və tanrıya bənzər Qanumede və axırıncı gənclərin ən gözəli idi, o dərəcədə ki, ölümsüzlər onu Zevsin sagi olmaq üçün göyə qaldırdılar və o, onlarla yaşadı. İlos misilsiz Laomedon-u törətdi və onun da öz növbəsində Ares sülaləsindən Titonos, Priam, Lampos, Klutios və Hiketaon adlı oğulları oldu. Assarak-ın Kapus və Anxises oğulları var idi və mən Anxisesin oğluyam, necə ki zadəgan Hektor Priamın oğludur. Bu mənim iddia etdiyim qan və nəsildir. Şücaətə gəlincə, Hər Şeyə Qadir Zevs bunu az və ya çox dərəcədə öz bildiyi kimi bəxş edir. [20.215-235].

    Bibliya mənbələrində Tur (digər adı Tros, və ya Turos) türk xalqları arasında Türk kimi tanınan Yafət peyğəmbərin kiçik oğlu Tiras kimi də qeyd olunur [«Yaradılış kitabı.» 10.2]. Yəhudi ziyalısı Flavius ​​Cosefus Tirası trakiyalıların əcdadı hesab edirdi, və ondan skiflər və midiyalılarla qohum olan Troya xalqları törənmişdir:

    "Tiras idarə etdiyi adamları da Tiraslılar adlandırırdı, lakin yunanlar bu adı Trakiyalılar-a dəyişdilər..." [«Yəhudi tarixçisi Flavius ​​Cosefus-un həqiqi yazıları.» 1.6.1].

    Tur adı (1.tur xalqı, türk xalqı; 2.əbədi; 3.qüdrətli; 4.yüksələn) çox qədim türk adı olub, keçmiş və indiki türk xalqları tərəfindən kişi və qadın adlarında əsas element kimi işlənmişdir:

    ❖    Turalp  əbədi qəhrəman, qüdrətli qəhrəman, türk qəhrəmanı (Tur + Alp ‘qəhrəman’).

    ❖    Turbay, Turbəy əbədi, nəcib, qüdrətli, zadəgan (Tur+ Bay, Bəy).

    ❖    Turel  1.turların, türklərin eli; 2.əbədi millət; 3.qüdrətli millət  (Tur + El).

    ❖    Turğay, Turqay əbədi böyük, böyük tur və ya türk (Tur+ Ğay, Qay ‘böyük’). Qai Qaius İulius Sezarın adının ilk tərkib hissəsi kimi xidmət edirdi. Bu kişi adıdır.  

    ❖    Turğayə, Turqayə əbədi böyük, əbədi türk qızı. Bu, qadın adıdır. 

    ❖    Turxan 1.turlar ölkəsinin xanı; 2.turların xanı; 3.əbədi və ya qüdrətli xan (Tur + Xan). 

    ❖    Turqut 1.əbədi xoşbəxtlik; 2.əbədi ruh (Tur+ Qut ‘1.xoşbəxtlik; 2.ruh’). Qot German milləti öz adını bu türk Qut sözündən almışdır.

    ❖    Turay çıxan Ay(Tur ‘çıxan’ + Ay). Bu, kişi adıdır.

    ❖    Turayə çıxan Ay. Bu, qadın adıdır.

    ❖    Bağatur şahanə tür və ya türk(Bağa ‘yüksək ləyaqət’ + Tur).

    ❖    Batur 1.şahanə tur; 2.qəhrəman. Bu, Bağatur sözünün qısaldılmış variantıdır.

    ❖    Turgeş tur kişi, türk kişi (Tur + Geş ‘kişi’). Bu, həm şəxsi ad, həm də qədim türk tayfasının adı idi.

    ❖    Turğan 1.tur qanından; 2.türk qanından (Tur + Ğan ‘qan’). Bu, həm şəxs ad, həm də türk tayfasının adı idi.

    ❖    Turan 1.turların ölkəsi; 2.turlar, türklər. Bu ad həm kişilər, həm də qadınlar tərəfindən istifadə edilmişdir. Turan həm də Orta Asiyada bir türk ölkəsinin adı idi.

    ❖    Türk 1.biz turlarıq; 2.biz qüvvəliyik; 3.biz əbədiyik (Tür + -K (-Ük) ‘affiks’).

    «Древнетюркский словарь» və Radlovun «Опыт словаря тюркских наречий» əsərləri Tur adını ehtiva edən bir sıra qədim türk şəxs adlarını və etnonimləri təqdim etmişdir, məsələn: Tura Tutuq,Turçı,Turçı Baqşı,Yigin Alp Turan.

    Tur adı Troya xalqının banısı Turrenos (Turrenos=Τυρρηνός), millətin özünün – Turrenoi (Τυρρηνοί), eləcə də onun İtaliyada qurduğu ölkənin – Turrenia (Τυρρηνία) adında əsas komponent idi:

    ❖    Turrenos: Tur + En > -An  ‘cəmlik affiksi’ + Os > Us ‘ustad’ – türkcə turların başçısı deməkdir.

    ❖    Turrenoi: Tur  + En > -An  ‘cəmlik affiksi’ + -Oi  ‘yunan sonluğu’ – türkcə turlar, türklər deməkdir.

    Strabon Turrenia dövlətinin və millətinin yaranması haqqında maraqlı bir məlumat vermişdi:

    "Turrenoi indi romalılardan əlavə bir ad aldı – Etruskoi Tuskoi. Yunanlar onları Ludiyadan buraya bir koloniya göndərən Atuos-un oğlu Turrenos-un şərəfinə adlandırdılar. Herakl və Omfale nəslindən olan və iki oğullu Atuos, aclıq və azuqə qıtlığı dövründə püşkatma ilə Ludus-un ölkədə qalmasına, Turrenos-un isə xalqın çoxu ilə birlikdə getməsinə qərar verdi. Oraya gəlib çıxandan sonra, o, ölkəni öz şərəfinə Turrenia adlandırdı və on iki şəhər qurdu, onlara Tarkon {Tarkon və ya Tarkan türk mənşəlidir və hökmdar, vali mənasındadır.}   təyin etdi və bundan Tarquinia şəhəri (öz adını götürdü) və o, uşaqlıqdan göstərdiyi fərasət sayəsində özünü ağ saçlı doğulmuş kimi təqdim edirdi. Əvvəlcə bir hakimiyyətə tabe olaraq, onlar çiçəklənməyə başladılar; lakin görünür ki, sonrakı dövrlərdə onların konfederasiyası dağıldı və hər bir şəhər ayrıldı və bununla qonşu tayfaların zorakılığına tab edə bilmədilər. Belə olmasaydı, onlar heç vaxt münbit ölkəni tərk edib dənizdə pirat həyatı sürməzdilər, bir okeandan o okeana dolaşmazdılar; vaxtlar var idi ki, birləşərək onlar nəinki onlara hücum edənlərin hücumunu dəf edə, həm də uzun yürüşlər edərək hücuma keçə bilirdilər. Romanın təməli qoyulandan sonra Demaratus özü ilə Korinfdən olan insanları gətirərək buraya gəldi. Onu Tarquiniada qəbul etdilər, orada həmin ölkədən bir qadın tərəfindən Lukumo adlı oğlu oldu. Lukumo Roma kralı Ankus Markius ilə dost oldu, onun yerinə taxta çıxdı və Lukius Tarquinius Priskus adını aldı. Həm o, həm də atası Turrenianı bəzəmək üçün çox şey etdilər: biri vətənindən onun dalınca gəlmiş çoxsaylı rəssamların köməyi ilə, digəri isə Roma resurslarının köməyi ilə. Deyilənə görə, konsulların təntənəli geyimi digər məmurlarınki kimi, romalıların ictimai mərasimlərində istifadə etdikləri güc atributları, baltalar, zurnalar, qurbanlar, falçılıq və musiqi atributları ilə birlikdə Tarquinia sakinləri tərəfindən təklif olunmuşdur. Onun oğlu, taxtından endirilən Superbus adlı ikinci Tarquinius (Romanın) sonuncu kralı idi." [5.2.2.-5.2.3]

    Turlara, ya da qədim turrenoi və ya troyalılara yüz illər çəkdi ki, bir vaxtlar onlardan alınmış və bu gün Türkiyə kimi tanınan doğma torpaqlarını geri qaytara bilsinlər.

    Bu, dünya tarixində nəhəng Roma imperiyasının hun və qotlardan sonra türk mənşəli xalqlar tərəfindən diz çökdürülməsi ikinci və sonuncu hadisə idi. Bu dəfə 21 yaşlı gənc türk sultanı Fatih Mehmed və ya II-ci Mehmed tərəfindən fəth edilən paytaxtı Konstantinopol – müasir İstanbul olan Bizans İmperiyası idi. O, 1453-cü ildə bu Şərqi Roma İmperiyasına son qoydu, Osmanlı İmperatorluğunu qurdu və digər titullarına Sezar titulunu da əlavə etdi. Biz torpaqları fəth etmirik. Biz ürəkləri qazanırıq dedi. O, öz sözlərini sübut etmək üçün Ekumenik Pravoslav Patriarxlığını bərpa etdi və paytaxtda Yəhudi Böyük Rabbinliyini və Konstantinopol Erməni Patriarxlığını qurdu. Sultan II-ci Mehmed özünü və Türk xalqını troyalıların nəslindən hesab edərək demişdi: Bu qədər ildən sonra Allah məni bu şəhərin, onun sakinlərinin intiqamını alan bir şəxs təyin etdi... Daha bir türk dövlət xadimi, müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün 1919-1922-ci illər Yunan-Türkiyə müharibəsində qalib gəldikdən sonra İndi Hektorun qisasını aldıq dediyi bildirilir.

    Troya sakinlərinin qədim türklər olması 800 illik mötəbər İslandiya dastanı «Nəsr Edda» =«The Prose Edda» tərəfindən təsdiq edilmişdir. Səmavi hökmdar Odinə və onun Türkləndlı xalqına edilən bu bədii hörmət bunu təsdiqləyir:

    "Yerin mərkəzinin yaxınlığında buna qədər mövcud olmayan ən gözəl ev və sığınacaq tikildi, bu da Troya adlanır, həmin bizim Türklənd dediyimiz yerdir." [Proloq. 3]

    Troya sakinlərinin türk olduğunu bir daha təsdiqləmək üçün, bu İslandiya dastanı Avropada Tanrı Odin tərəfindən yaranmış türk cəmiyyət quruluşundan bəhs edir:

    "O, orada Troyada hökm sürən adət üzrə hökmdarlar təyin etdi" [Idem. 5]

    Bəzi alimlər hesab edirlər ki, Homerin yazdığı Troya və troyalılar barəsində hekayə mifdən başqa bir şey deyildi. Lakin Strabon Herodota istinad edərək, troyalıların təkcə tarixdə mövcud olduğunu, həm də onların 8 və ya 9 əsas qəbiləyə bölünmələrini iddia edirdi:

    Şair nəzərdə tutur ki, onlar əsasən troyalılar olub, səkkiz, hətta doqquz qrupa bölünmüş, hər biri kiçik bir knyazlıq təşkil etmiş, onların hakimiyyəti altında Ezepus ətrafındakı yerləri və indiki Kuzikene ərazisini, Kaykus çayına qədər olan əraziləri tutmuşlar...Priamın bütün bu ölkələrin kralı olması, Axillesin ona müraciət etdiyi sözləri aydın şəkildə göstərir: ''Eşitmişik, qoca, sənin sərvətinin əvvəllər Lesbos, Makar şəhəri və yuxarısında Fruqiyanı və geniş Hellespontu saxlamaqdan ibarət idi.'' [13.1.7]

    Bununla belə, Strabona hörmət edərək, bildirmək lazımdır ki, Homer troyalıların 8 və ya 9 törəmə qrupa bölündüyünü nəzərdə tutmurdu. «İliada»nın 2-ci kitabında Homer böyük Troya konfederasiyasını təşkil edən 12 əsas Troya xalqını sadalamışdı:

    Dardanlar, həmin Dardanii

    Likialılar

    Musialılar

    Kilikialılar

    Paeonlar

    Paflaqonlar

    Halizonlar

    Frigialılar

    Maeonlar

    Karialılar

    Trakialılar, Kikonialılar

    Pelasqlar

    Bu arada Strabon Troyalı etnoniminin bütün konfederatlara aid olduğunu təsdiqlədi:

    "Hətta Kataloqda Hektorun əmr etdiyi adamlara da Troyalılar deyilir;

    ''Hektor, qüdrətli, yellənən yalı ilə, troyalılara hökm edirdi...''" [13.1.7]

    Sturlusonun «Nəsr Edda» adlı island dastanı da Troyanın 12 hökmdarının mövcudluğunu təsdiqləyir:

    Orada Troyada hökm sürən adət-ənənələrə görə hökmdarlar təyin etdi; o, həmçinin xalq üzərində hakim olmaq və ölkənin qanunlarına uyğun olaraq hökm etmək üçün on iki başçı təyin etdi; və o, bütün qanunları əvvəllər Troyada olduğu kimi və türklərin adət-ənənələrinə görə qoydu. [Proloq. 5]

    Homerin sadaladığı bu 12 troya xalqının hamısını, eləcə də bu Troya xalqlarının post-Homer dövründən sonrakı inkişafını nəzərə alaraq, onlardan törəmə xalqları və millətləri də göstərmək zəruriliyi artıq gəlib çatıb.

    Bu məqsədlə biz qədim yunan və latın müəlliflərinin, o cümlədən Homer, Strabon, Evripid, Ovid və başqalarının biliklərinə əsaslanaraq, Troya xalqlarının yeni təsnifatını təqdim edirik.

    A diagram of a diagram Description automatically generated with medium confidenceA diagram of a diagram Description automatically generated with medium confidenceA white sheet of paper with blue arrows and black text Description automatically generatedA diagram of a diagram Description automatically generated

    §11-1. DARDANİLƏR VƏ ILLIRİA TAYFALARI.

    Latınların Dardani adlandırdıqları və yunanlar arasında Dardanoi kimi tanınan dardanilər, Homerin yunanlara qarşı Troya qüvvələrini siyahıya alarkən xatırlatdığı ilk Troya xalqı idi. Qeyd etmək lazımdır ki, onlar təkcə Troya xalqının müttəfiqləri deyildilər. Strabonun fikrincə, onların troyalılarla qan qohumluğu var idi:

    "…sonra Eneya – Anxisesin cəsur oğluna

    itaət edənlər dardanilərə əmr etdi,

    və onlar troyalılar idi, çünki şair deyir:

    ''Sən, troyalılara məsləhət verən Eney...''" [13.1.7]

    Gözəl məhəbbət ilahəsi Afrodita, həmin Venera – troyalılara üstünlük verən Zevsin qızı, Homerin iddia etdiyi kimi, Dardania komandiri Eneyin anası idi:

    Dardanilərə Veneranın Anxisesdən dünyaya gətirdiyi cəsur Eney başçılıq edirdi, o, tanrıça olsa da, İda dağının yamaclarında onunla birlikdə uzanmışdı. [2.2.800-839]

    Kiçik Asiyada yaşamış Asiya dardanilərindən başqa, Avropa dardaniləri də var idi, və bunlardan, Prokopiusa görə, məşhur Bizans imperatoru Yustinian çıxmışdı:

    Epidamnilərin hüdudlarından kənarda yaşayan Avropa dardaniləri arasında Bederiana adlı qalaya yaxın bir yerdə Taurisium adlı bir kənd var idi, sivil dünyanın banisi imperator Yustinian buradan çıxıb. Beləliklə, o, bu yerin ətrafında kvadrat şəklində kiçik daşlardan divar düzəltdi, hər küncə bir qüllə qoydu və onu, əslində olduğu kimi, Tetrapirgia adlandırdı. Və bu yerin yanında o, çox məşhur bir şəhər tikdi və ona Yustiniana Prima (latınca ilk mənasını verir) adını verdi və beləliklə, onu böyüdən evə minnətdarlıq borcunu verdi. [«Binalar.» 4.1.17]

    Böyük Pliniy dardaniləri Moesiada, Ptolemey isə, daha dəqiq olaraq, onları Yuxarı Moesiada yerləşdirdi [3.9]:

    Pannoniaya Danube boyunca Euksine dənizinə qədər uzanan Moesia adlı əyalət birləşir. O, daha əvvəl qeyd olunan birləşmədən başlayır. Euksin yarımadası ilə həmsərhəd olan dardani, selegeri, triballi, timaxi, moesi, trakiyalılar və skiflər yaşayır.

    [Böyük Pliniy. «Təbii Tarix.» 3.29(26)]

    Strabon dardaniləri, həmin dardanoi, vəhşi, lakin çox sənətkar insanlar kimi təsvir etdi:

    Dardanoi tamamilə vəhşi xalqdır, o qədər vəhşidir ki, yaşadıqları peyinlərin altında mağaralar qazırlar; lakin onlar musiqini çox sevirlər, fleyta və simli alətlərdə çox çalırlar. [7.5.7]

    Homer dardaniləri döyüşkən xalq kimi təsvir etmişdir: əlbəyaxa döyüşən dardanoi, kral Priamı isə Dardanusun oğlu [11.165], Dardanusun övladı [24.171] kimi. Həm Homer, həm də Ovid kimi tanınan Roma şairi Publius Ovidius Naso (e.ə. 43 – e.ə. 17), Troyanın kralı Priamı dardanilı və ya Dardanialı adlandırırdılar:

    "Troyada cəsur Axillesdən daha böyük kimi təsəvvür edə bilərik?

    Lakin o, yaşlı dardanili Priamın göz yaşlarına dözə bilmədi".

    [Ovid. «Tristiya.» 3.5.1-56]

    "Zevsin elçisi İris Priamın yanına gəlib dedi:

    ''Cəsarətli ol, Dardanialı Priam, bütün qorxuları arxada qoy.''" [«İliada.» 24.141-199]

    Hesab olunurdu ki, Arkadianın Feneus şəhərindən olan, Pleiades Elektra və Zevsin oğlu Dardanus Troya xalqının əcdadı idi. Buna görə də bu millətin Dardani adı onun qurucu atası Dardanusdan gəlir. Müqayisə üçün təəccüblü bir fakt: eramızdan əvvəl 60-30-cu illər arasında yaşamış yunan tarixçisi Diodorus Sikulus «Tarixin kitabxanası»nda Dardanusu skiflərin şahı olduğunu göstərmişdi:

    …çünki Fineus (keçmiş həyat yoldaşından başqa) Skifiya padşahı Dardanusun qızı İdea ilə evləndi və ona hədsiz məhəbbət onu o dərəcədə köləliyə saldı ki, o, onun tələb etdiyi hər şeyi ona verdi ... [4.3]

    Baxmayaraq ki, skiflərin padşahı və dardanilərin qurucusu iki fərqli insan olsa da, hər ikisinin daşıdığı Dardanus adı onların ortaq skif mənşəli olduğunu göstərir. Bu ad türk mənbəsindən asanlıqla çıxarılır:

    Dardanus, həmin Dardanos = Δάρδανος: Dar > Dər ‘yığmaq, dərmək’ + Dan ‘şan-şöhrət’ + Us, Os > Us ‘ustad’ – türkcə şöhrət qazanmış hökmdar deməkdir. 

    Yeri gəlmişkən, yunanların Hellespont kimi tanıdığı Çanaqqala boğazı öz adını əfsanəvi troyalı Dardanosun şərəfinə almışdır.

    Diodor Sikulusun yazdığına görə, Dardanus Samotrakiya adasından Kiçik Asiyaya (müasir Türkiyə) quruya ilk olaraq əldəqayırma qayıqla keçib, burada bir şəhər qurdu, sonra isə xalqı olan bir krallıq və hamısı onun adını daşıyırdı:

    Sonra müəyyən bir Saon adalı şəxs, Yupiter və Pəri oğlu (bəzilərinin dediyi kimi), lakin (başqalarının Merkuri və Rəna haqqında dediyi kimi) sakinləri (o vaxta qədər dağınıq və səpələnmiş halda) bir bütövlükdə topladı; və onların daha yaxşı hökuməti üçün qanunlar çıxartdı və onları oğullarının adları ilə adlandıraraq beş qəbiləyə böldü, lakin adanın adı ilə özünü Saon adlandırdı. Deyilənə görə, bu yolla hökumət qurulmuş və onların arasında Atlasın qızlarından Yupiter və Elektranın övladları Dardanus, İasion və Harmonia dünyaya gəlmişdir. Bunlardan Dardanus (cəsarətli və cəsur ruhlu bir insan olaraq) qayıqla Asiyaya keçərək əvvəlcə Dardanus şəhərini tikib, Troya krallığını qurmuş və xalqı Dardanoi adlandırmışdır. Onun Asiyadan başqa bir çox xalqlar üzərində hökmranlıq etdiyi və Trakia üzərindəki yerləşdirilmiş dardanoi onun müstəmləkəsi olduğu deyilir. [5.48]

    Müqəddəs Ceroma görə, Dardanus və ya Dardania şəhəri eramızdan əvvəl 1477-ci ildə Dardanus tərəfindən qurulmuşdur. Qədim Roma şairi Virgil və ya Publius Vergilius Maro Diodor Sikulusu düzəldərək, Dardanusun əslən Toskana sahillərindən gəldiyini və oradan Frigiyaya, oradan isə Trakia Samos-una və ya Samotrakiaya, Troya sahilləri son təyinat olaraq köçdüyünü bildirdi:

    "Və indi ağlım xatırlayır (vaxt keçdikcə

    Bu hekayə dumanlaşıb) Aurun ağsaqqallarının söylədiyi,

    Necə bu sahillərdə doğulan Dardanus,

    Frigya İda şəhərlərinə sızdı

    Və indi Samotrakia adlanan Trakia Samosuna.

    O, Korutusdakı Toskana taxtından

    getdi, ulduzlu Səmanın qızıl həyətlərində

    O, taxtda oturur və onun qurbangahları olarkən yer üzündə

    Onlar ucaldılır, orada tanrıların sayı artır." [7.271-279]

    Bu o deməkdir ki, troyalılar əslən sonralar Turrenia, indi İtaliyanın Toskana adlanan torpaqlarından gəliblər. Ovid «Eneida» dastanında Troya sakinlərinin, o cümlədən dardanilərin Troyanı tərk etdikdən sonra niyə yeni yaşayış yeri kimi bu gün İtaliya kimi tanınan ölkəni seçdiklərini izah edir:

    "Yunanların Hesperia adlandırdıqları bir yer var.

    Hər şeyi məhv edən silahı və torpağın zənginliyi ilə qədim diyar:

    Orada oenotri yaşayırdı: indi belə şayiələr var –

    Gənc irq onu başçılarının şərəfinə İtaliya adlandırdı.

    Bu, bizim əsl evimizdir, buradan həm Dardanus, həm də əcdad İasius gəldi,

    Ondan ilk olaraq irqimiz yarandı." [3.121-171]

    "Dardanus buradan gəldi,

    Apollon buranı bizə xatırladır və ciddi əmrlərlə bizi aparır

    Toskanalı Tiberə və Numikia bulağının müqəddəs sularına." [7.240]

    Qədim yazıçının bu müddəalarından çıxan nəticə bizə əsas verir deməyə ki, türk xalqı olan troyalılar gənc irq olan italyanlar oraya gəlməmişdən xeyli əvvəl İtaliya torpağının avtoxton yerliləri olublar.

    «Fasti»dəki Ovid daha da irəli getdi və Romanın qurucuları – Romulus və Remusun ətraflı və tamamilə gözlənilməz şəcərəsini təqdim etdi. Onlar Troya mənşəli idilər. Roma qurucularının, eləcə də İulius Sezar kimi bir çox məşhur Roma imperatorlarının damarlarında türk qanı axırdı:

    "''Dardanus Atlasın qızı Elektradan doğulub? Və Elektra Yupiterlə yatağı bölüşdü? Onun oğlu Eriktonius idi; ondan Tros oldu: o, Assarakus-un, Kapuslu Assarakus-un atası idi. Bu sonuncu Anxises-i dünyaya gətirdi və onunla Venera valideyn adını almaqdan çəkinmədi. Beləliklə, Aeneas anadan oldu; onun təqvası yaxşı sübut olundu, o, Troya alovlarını keçərək müqəddəs qalıqları daşıdı və atasını öz çiyinlərində saxlayaraq ikinci zahid əməl etdi. Nəhayət, İulus-un mübarək adına çatdıq, o andan etibarən Yulian evi Troya əcdadları ilə bağlıdır.

    Onun oğlu Postumus idi, o, dərin meşələrdə doğulduğu üçün Latia xalqı arasında Silvius adlanırdı. O, Latinus, sənin atandır; Alba Latinusun yerinə gələcək, Epitus sənin ləyaqətini miras alacaq, ey Alba. O, Kapusa Troyanın canlandırılmış adını verdi; o da sənin baban oldu, ey Kalpetus. Tiberinus-un atasının taxtını miras yolu ilə tutduğu halda, onun Etruriya girdabında boğulduğu deyilir. Bununla belə, o, oğlu Aqrippa və nəvəsi Remulusu görmək üçün yaşadı. Deyirlər ki, Remulusa ildırımlar atılıb. Onlardan sonra Aventinus gəldi, bu yer və təpə də adını ondan aldı. Ondan sonra hakimiyyət Prokas-a keçdi; onun ardınca qəddar Amuliusun qardaşı Numitor gəldi; İlia və Lausus Numitorun övladları idi. Lausus əmisinin qılıncı ilə öldürülür; İlia Mars tərəfindən sevilir və səni, Quirinus, əkiz qardaşın Remus ilə birlikdə dünyaya gətirir. [4.21-60]

    Bu şəcərəni rahat həzm etmək üçün onu aşağıdakı diaqram şəklində göstərmək daha yaxşıdır:

    A white background with purple text Description automatically generated

    Böyük Latın şairi e.ə. 50–15 illərdə Sekstus Propertius, «Elegiyalar»da bu şəcərəni əla təsvir etdi:

    …Troia cades, et Troica Roma, resurges… [4.1.17]

    "Troya yıxılacaq, və Troyalı Rom doğulacaq!"

    Strabon dardaniləri qohum tayfaları olan İlliriya xalqı kimi təsnif etdi: İliriyalılar arasında autariatae, ardiaei və dardanoi [7.5.6]. Gözlənildiyi kimi, dardanoi və qohum tayfaların adları onların türk mahiyyətini aşkar edir:

    ➢    Dardanii, həmçinin Dardani, həmçinin Dardanoi, həmçinin Dardanilər: Dar > Dər ‘yığmaq, dərmək’ + Dan ‘şan-şöhrət’ – türkcə özünə şöhrət qazanan xalq deməkdir. 

    ➢    İllirialılar, həmçinin İllurioi = Ἰλλυριοί: İll > İllə ‘konfederasiya yaratmaq, ittifaq’ + İr, Uri > Uru ‘tayfa’ – türkcə tayfalar birliyi yaradan xalq deməkdir.

    Appian-a görə, illurioi adlarını qurucuları, siklopun oğlu İllurios-un şərəfinə almışdılar (İllurios=Ἰλλυριός: İll > İllə ‘ittifaq qurmaq’ + Uri > Uru ‘tayfa’ + Os > Us ‘başçı’ – türkcə tayfa birliyinin baş yaradıcısı deməkdir). Müəllif tayfa və ölkə adının əslinə tam əmin olmasa da, mənşəyi haqqında kifayət qədər maraqlı məlumat vermişdir:

    Onlar deyirlər ki, ölkə adını Polifemos-un oğlu İllurios-dan almışdır; siklop Polifemos və arvadı Qalatea-nın üç oğlu var idi – Keltos, İllurios və Qalas, onların hamısı Siciliyadan köçmüşdür; Keltoi, İllurioi və Qalatai adlanan xalqlar onların nəslindən idi. Bir çox xalqlar arasında mövcud olan çoxsaylı miflərdən mənə ən inandırıcısı budur. İllurios-un Enxelei, Autariei, Dardanos, Maedos, Taulanta və Perraibos adlı altı oğlu və Taulantioi, Perraiboi, Enxelees, Autarieis, Dardanoi, Partenoi, Dassaretioi, Darsioi nəslindən olan Parto, Daorto, Dassaro və başqa qızları var idi. Autariei-in Pannonios və ya Paion adlı oğlu, sonuncunun isə Skordiskos və Triballos adlı oğulları var idi, onlardan oxşar adlar daşıyan xalqlar törəmişdir. Amma mən bu sualları arxeoloqların öhdəsinə buraxacağam. [«İlluria müharibələri.» 3.1.2]

    Bu rəvayət inandırıcı səslənir, lakin bu həm Diodor Sikulusun keltlər və qalatai haqqında hekayəsinə ziddir – o, onların Herakldan doğulduğunu iddia edirdi [5.24], həm də Ovidə görə Zevsdən gələn Dardanos şəcərəsinə ziddir. Buna baxmayaraq, ümumiyyətlə, hər üç yazıçı haqlı idi, çünki Appianın təsvir etdiyi, həmçinin troyalılar, germanlar, qalatai, keltlər və bu kimi xalqlar skif mənşəli idi və bir-biri ilə qohum idilər.

    Appianın fikrincə, İlluria anlayışı İlluria sakinlərinin qohumluğuna lazımi diqqət yetirilmədən ümumi məxrəc kimi istifadə edilmişdir:

    Romalılar bu xalqları, eləcə də Danube çayının sağ sahilində məskunlaşan paiones, raitoi, norikoi, Avropalı musoi və digər qonşu tayfaları, müxtəlif yunan xalqlarının bir-birindən fərqləndiyi kimi bir-birindən eyni şəkildə fərqləndirirdilər və hər birini öz adı ilə çağırırlar, lakin bütün İllurianı ümumi bir təyinat altında hesab edirlər. Bu fikrin haradan qaynaqlandığını öyrənə bilmədim, amma bu günə qədər davam edir, çünki onlar Danubenin başından Euksine dənizinə qədər bütün xalqların vergilərini bir ad altında birləşdirib ''İluria vergisi'' adlandırırlar. [3.1.6]

    ➢    Autariatai = Αὐταριάται: Autari > Autariei=Αὐταριεῖ  ‘qəbilənin qurucusunun adı’ (Aut > At ‘at’ + Ari > Əri > Ər+ İ > -İ ‘sahiblik affiksi’) + Atai ‘ata, patriarx’ – türkcə patriarx Autariei-in tayfasıatlı döyüşçülərin əsas tayfası mənasını verir.

    Appian Autariei-i (Αὐταριεῖ) xüsusi olaraq Autariatai-ın eyniadlı əcdadı kimi müəyyən etməsə də, onu yalnız Autarieis qəbiləsinə aid etsə də, aydındır ki, bu İlluria tayfası da eyni qurucunun şərəfinə adını almışdır.

    Roma yazıçısı İustin gəmiricilərin istilasına görə ölkələrini tərk edən autariatai haqqında qısa məlumat vermişdi:

    Bu sövdələşmələr zamanı Apolloniadan qayıdan Kassander, çoxlu sayda qurbağa və siçanları su basdığı ​​üçün ölkələrini tərk edərək, məskunlaşmaq üçün yer axtaran autariatai ilə görüşdü. Makedonianı ələ keçirəcəklərindən qorxaraq onlarla müqavilə bağladı, onları müttəfiq kimi qəbul etdi və onlara ölkənin kənarında torpaqlar verdi. [15.2]

    ➢    Autarieis = Αὐταριεῖς: Autari > Autariei ‘qəbilənin qurucusunun adı’ (Aut > At ‘at’ + Ari > Əri > Ər+ İ > -İ ‘sahiblik affiksi’) + Eis > İs ‘iz’ –  türkcə Autariei-in izi və ya  Autariei-in nəsli deməkdir.

    Adına baxanda belə görünür ki, autarieis və autariatai bir ağacın eyni budağından yarpaqdır. Müqayisə edin:

    Autariatai: Aut > At ‘at’ + Ari > Əri + Atai ‘ata, patriarx’;

    Autarieis:  Aut > At ‘at’ + Ari > Əri + Eis > İs ‘iz’.

    Appian Autarieis qəbiləsini mürtəd insanlar kimi təsvir etmişdir və bu günaha görə onları Apollon tərəfindən cəzalandırılmağı marəsində bildirmişdir:

    Autarieis qisas almaq üçün Apollon tərəfindən məhv edildi. Delfi məbədinə qarşı ekspedisiyada Molostimus-a və Kelt xalqı kimri-yə qoşulanların əksəriyyəti münkirlik etməzdən əvvəl fırtına, qasırğa və ildırım tərəfindən məhv edildi. Evə qayıdanlar dərələri dolduran və suyu çirkləndirən saysız-hesabsız qurbağaların hücumuna məruz qalıb. Yerdən qalxan zəhərli tüstülər illurialılar arasında vəba xəstəliyinə səbəb oldu və bu, xüsusilə autarieis üçün ölümcül idi. Nəhayət, onlar evlərini tərk etdilər və vəba hələ də onlara yapışdıqca (və bundan qorxaraq heç kim onları qəbul etmək istəmədi) iyirmi üç günlük yoldan sonra bataqlıq və getai-ın yaşayış olmayan ərazisinə gəldilər və bastarnai yaxınlığında məskunlaşdılar. [«İlluria müharibələri.» 3.1.4]

    ➢    Taulantii, həmçinin Taulantioi =Ταυλάντιοι > Taulanta=Ταύλαντα: Taul > Taulı ‘kök, ağır’ + Anta > Endi ‘enli’ – türkcə ağır və enlikürək tayfa deməkdir.

    Appianın yazdığına görə, bu İlluria tayfası İllurios-un altı oğlundan biri olan Taulanta-nın şərəfinə adlandırılmışdır. Tukidides, həmin Fukidid, bu insanları barbar kimi təsvir etmişdi:

    Epidamnus İon körfəzinin girişinin sağ tərəfində yerləşən bir şəhərdir. Onunla taulantii, barbarlar, İlluria xalqı həmsərhəddir. [«Peloponnes müharibəsinin tarixi.»]

    ➢    Perrhaebi, həmçinin Perraiboi = Περραιβοὶ  > Perraibos= Περραιβός: Perra > Pərü ‘bəxşiş, hədiyyə’ + Eb, İb > Eb, İv ‘ev’ + Os > Us ‘ustad’ – türkcə göydən göndərilmiş ev başçısı mənasını verir.

    Bu İlluria tayfası da onların qurucu ataları, İllurios-un oğlu Perraibos-un şərəfinə yaradılmış və adlandırılmışdır.

    ➢    Enxelees = Ἐγχέλεες > Enxelei=Ἐγχέλεῖ: En > Ən + Хel > Xal ‘qüvvə’ – türkcə ən qüvvəli deməkdir.

    Appianın iddia etdiyi

    Enjoying the preview?
    Page 1 of 1