Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Divarın o tayı
Divarın o tayı
Divarın o tayı
Ebook146 pages1 hour

Divarın o tayı

Rating: 5 out of 5 stars

5/5

()

Read preview

About this ebook

Hadisələr uzaq gələcəkdə Azərbaycan Krallığında cərəyan edir. Vətəndaşlar iki kateqoriyaya bölünüb: gəlirləri 250 min manatdan az və çox olanlar. Birinci sinfdən olanlar gecə-gündüz ağır şəraitdə çalışıb, dövlətdən qəpik-quruş alır və gündə iki dəfə dövlət hesabına qidalanır. Minimum gündəlik iş saatı 14 saat, istirahət günü ildə yalnız 6 gün, o da ki, yalnız işçinin nizam-intizamı və ya məhsuldarlığı ilə əlaqədar heç bir problemi olmadıqda verilir. Aztəminatlı vətəndaşın 75 yaşına qədər intihar etməməsi üçün sistematik ölçülər götürülüb. İkinci kateqoriyadan olan insanlara isə hər cür hüquq və mükəlləfiyyətlər verilib. “Zənginlər” istədikləri vaxt intihar edə, hətta “insan ovu mövsümündə” əlliminlik iştirak haqqını ödəməklə, fəaliyyət qabiliyyətini itirmiş və ya yaşı yetmiş beşi keçmiş istədiyi şəxsi qətlə yetirə bilər. Belə bir şəraitdə həyatdan bezən yuxu vergisi kollektoru Samir qanunsuz yolla intihar etmək qərarına gəlir. “İntihar mərasiminə” ən yaxın dostu Həmidi də dəvət edib. Buna qədər bircə dəfə olsun qanunu pozmayan Həmid onu qarşıda nələrin gözlədiyini təsəvvürünə belə gətirmir...

LanguageAzerbaijani
Release dateJul 3, 2019
ISBN9780463137208
Divarın o tayı
Author

Farhad Mammadov

Farhad Mammadov Fikret,28, young muslim science-fiction, horror author from Azerbaijan with already 8 published (online) works, real occupation- interpreter (from English to Azeri and vice-versa). Worked for United Nations Department of Public Information for 3 month as an intern, and was hired by Mitsubishi Heavy Industries as an interpreter during C-inspection of Severnaya Power Plant. Now working on his next story from horror his series of Spooky stories.

Read more from Farhad Mammadov

Related to Divarın o tayı

Related categories

Reviews for Divarın o tayı

Rating: 5 out of 5 stars
5/5

1 rating0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Divarın o tayı - Farhad Mammadov

    DİVARIN O TAYI

    ROMAN

    (Qorxulu Əhvalatlar silsiləsindən)

    Fərhad MƏMMƏDOV

    2019

    1984dən ilhamlanaraq

    I

    Azərbaycan Krallığı

    Uzaq gələcək

    Haverkarın (*.- yerdən bir neçə metr hündürlükdə uçan nəqliyyat vasitəsi) dərin yarğanın üzərindən keçməsi zamanı yaranan turbulentlikdən yuxudan ayıldı və başını məngənə kimi sıxan əllərindən ayırdı. Belini yumşaq oturacağın divarına söykəyib, katafalkda onunla üzbəüz əyləşmiş dəfn mərasimi iştirakçılarına qısa nəzər saldı. Gecə saat on ikidən ikiyə kimi uzanan səyahət yorucu olmasın deyə, uşaqlıq yoldaşı, dörd göz Samirdən başqa hər üç sərnişin oturacağın hibernasiya rejimini aktivləşdirmişdi. Dədə-baba qaydasında mürgüləməkdən fərqi onda idi ki, marşrutun başlanğıc nöqtəsindən ta təyinat nöqtəsinə kimi onları yatızdırıb, öncədən seçilmiş hazır ssenarilər üzrə yuxuya qərq edirdi.

    Həmid əmin idi ki, onların heç biri pornoqrafik ssenariləri seçməyib. Çünki alının tərləməsi, yanaqların qızarıb-pörtməsi, dodaqların arasından nazim şırımla ağız suyunun axması, tez-tez udqunma, yerində yırğalanma, və əlbəttə ki, kəmərdən aşağı baş verən canlanma kimi yan təsirləri özünü büruzə vermirdi. Üstəlik dəfn haverkarında çətin ki, Vətəndaş İcazələri Departamentinin aidiyyəti şöbəsi ssenariləri hazırlayan CAD dizayner və ya sistem administratorlarının belə özbaşınalığına imkan verəydi. Hər halda ona tanış olmayan, bığları ilə keçi saqqalı simvolik ürək işarəsi şəklində birləşən, yaşıl göz, kürən orta yaşlı kişinin super-qəhrəman yuxu-simulasiyasını seçdiyi aydın sezilirdi. Başını dala vermiş, yumulu gözləri sıxmış, alnında dalğavari qırışlar formalaşdıraraq, qəribə şəkildə gülümsəyirdi:

    Siz bizim şəhəri işğalçı qüvvələrdən xilas etdiniz, cənab kapitan. Sizin kimi qəhrəmanlar bu dövlətin başında olmalıdır.

    Sözbəsöz belə deyilməsə də, qəhrəmanlıq və ya super-qəhrəmanlıq yuxu-simulasiyalarında sonluq nəticə etibarı ilə təxminən bu cür olurdu. Əslinə qalanda belə hibernasiya çox faydalı idi, və yarım saat ərzində gündəlik stress girdabında saya oturan insana olduqca pozitiv təsir göstərir, özünə-inam və yaxşı mənada problemlərə laqeydlik hissini artırmış olurdu.

    Uşaqlıq dostu Samir isə onların arasında əyləşmişdi. Həyəcanlı şəkildə işarə barmağının dırnağını gəmirirdi. Elə bil canına vəlvələ düşmüşdü. Gözləri o qədər bərəlmişdi ki, az qala hədəqəsindən çıxacaqdı. Nəzərini döşəmədə müəyyən nöqtəyə zilləyib, dodağının altında nəisə donquldanırdı. Həmidin nəzərlərini üzərində hiss edib, başını qaldırdı və o dəqiqə cibindən ağ-sarı rənglərdə işıldayan interaktiv şəhadətnaməni çıxardı. Qəzəbli şəkildə ovuclarının içində sıxıb, əlində silkələdi.

    Mən özbaşına deyiləm. Dövlətin icazəsi var. Görmürsən? Niyə bu qədər narahatsan. Götürüb oxuya bilərsən,... al da, səninlə deyiləm?

    Həmid buna heç bir reaksiya vermədi, çünki səbəbkarın belə aqressiv, həyəcanlı davranışı gözlənilən idi. Gözlərini yumub özünü yuxuluğa vurdu. Dostunun halına yaman acıyırdı.

    Katafalkda tabutun, cənazənin olmaması haverkarın içində olanlardan heç kimi təəcübləndirmirdi. Çünki xəstəlik, qəza, qətl, təbii hadisə nəticəsində ölənlərin çoxu ən qısa zamanda Qalıqların Relokasiyası İdarəsinin müfəttişləri tərəfindən utilizasiya edilirdi. Onları heç dəfn etməyə belə lüzum qalmırdı. Dəfn mərasimini yalnız cəmiyyətin zəngin təbəqəsi özünə icazə verə bilirdi.

    Yox bu katafalkda meyit daşınmırdı. Yarım saatın içində artıq qarşısında olan uşaqlıq dostu həyatda olmayacaqdı. Onu sonuncu mənzilə elə özünün iştirakı ilə aparırdılar. Bu intihar katafalkı idi. Nə qədər az inandırıcı olsa da, hər kəsi əmin etmişdi ki, həyatına qəsd etmək üçün dövlətin icazəsini alıb. Dövlət adətən 75 yaşa çatana qədər vətəndaşların intiharını qadağan edirdi, fəaliyyət qabiliyyətinin itirilməsi halları istisna olmaqla. Bundan savayı illik gəliri 250 min manatdan çox olan vətəndaşlar intihar etməkdə sərbəst idi. Üstəlik belə zəngin vətəndaşlar insan ovu mövsümündə əlliminlik iştirak haqqını ödəməklə, fəaliyyət qabiliyyətini itirmiş və ya yaşı yetmiş beşi keçmiş istədiyi şəxsi qətlə yetirə bilərdi. Heç bir istisna olmadan. Bu barədə onlara şikar kvotasına uyğun olaraq müvafiq interaktiv lisenziyalar verilirdi.

    Yoxsul təbəqə isə gecə-gündüz ağır şəraitdə çalışıb, dövlətdən qəpik-quruş alır və gündə iki dəfə dövlət hesabına qidalanırdı. Minimum iş saatı 14 saat, istirahət günü ildə yalnız 6 gün, o da ki, yalnız işçinin nizam-intizamı və ya məhsuldarlığı ilə əlaqədar heç bir problemi olmadıqda verilirdi.

    Yoxsul təbəqənin qanunsuz intihar cəhdlərinin qarşısını almaq üçün dərinin damarlarının keçdiyi sahələrinə ildə iki dəfə dəyişdirilən solidskin materialından olan və kustar üsulla çıxarılması mümkünsüz olan süni sarğı-dəri pərçimlənirdi. Material qısa müddət ərzində təbii dərinin qatlarına hopur, onun bir parçasına çevrilirdi, çünki tük telləri, dərinin tər dəlikləri öz funksionallığını əsla itirmirdi. Damarları ən nazik ülgüclə belə zədələmək mümkün olmurdu. Vətəndaşın özünü asmaması üçün boğazlarına Kevlardan hazırlanmış, elastikliyi ağıllı şəkildə tənzimlənən halqa keçirilirdi.

    Vətəndaşın bu acı həyatla vidalaşmaq üçün yalnız bir neçə variantı qalırdı, özünü yandırmaq – bunun üçün alışqan materialları tapmaq, sakit okeanda şirin su tapmaq qədər çətin idi; bütün nəqliyyat vasitələri, cihazlar, qurğular, informasiya texnologiyaları günəş enerjisi və başqa alternativ enerji mənbələri ilə çalışırdı; özünü güllələmək - blasterlər və ənənəvi odlu silahların tətikləri solidskin materialı ilə təmas etdikdə avtomatik olaraq deaktivləşirdi. Yəni sıravi vətəndaşın silahdan istifadəsi mümkünsüz idi;

    Özünü dənizdə-göldə boğmaq – solidskin sarğı xüsusi ötürücülərlə və modulla təchiz olunduğundan, 2 kub metrdən artıq maye ilə təmas etdikdə, bədənə aşağı gərginlikli cərəyanlar ötürərək, vətəndaşı suyun səthinə çıxmağa məcbur edirdi. Kevlar boyunluq isə həyəcan siqnal qəbul etdikdən sonra daxildə gedən kimyəvi reaksiyalardan sonra əməlli başlı xilasedici şara çevrilirdi. Vətəndaş bütün bunlara görə vanna qəbul etməyə belə qorxurdu; özünü zəhərləmək, - bu variantı heç ağlada gətirmək məsləhət deyil, çünki vətəndaşlara doğulan gündən, mövcud olan əksər zəhərlərə qarşı ağıllı zərdab vurulurdu.

    Kosmosda, o cümlədən Ayda və Marsda yeni qəsəbələr salmaq üçün dövlət hər vəchlə qara camaatı ən son damla qanına kimi işlətməliydi. Erkən ölüm onun maraqlarına zidd idi. Yeri gəlmişkən, zəhərlənmə cəhdləri barədə başqa bir fakt: Vətəndaşın intoksikasiyasına, botulizmə qarşı xəbərdaredici sensorlar ölüm riski barədə dövlətin aidiyyəti qurumuna ən qısa zamanda məlumat ötürürdü;

    özünü hündürlükdən atmaq – buna cəhd etmək olar, ancaq hündür sahələrin, binaların, aşırımların, zirvələrin ətrafı avtonom dronlarla dolu idi:

    Vətəndaş, geri çəkil!. Təhlükəyə çox yaxınsan deyə car çəkərdi. Robotların vətəndaşa ikinci şəxsin təkində müraciət etməsi heç də təəccüblü deyildi. Yalnız Dağıstanla sərhəd yaxınlığında müəmmalı şəkildə vətəndaş artıq dövlətin və onu müti robotlarının nəzarətindən kənarda qalırdı və bu yolla həyatına asanlıqla qəsd edə bilərdi. Ancaq məsələ ondadır ki, yüzillər boyu dolanan tükürpədici şayələrə görə ən məzlum vətəndaş belə Dağıstan sərhədini keçmək fikrinə düşmürdü. Bu bir növ ağızdan-ağıza dolaşan tabuya çevrilmişdi.

    Həmid anlaya bilmirdi ki, uşaqlıq dostu Samir dövlətdən intihar üçün icazəni almağa necə nail olub. Yəqin dövlət qarşısında hər hansı müstəsna xidmətləri olub. Samir vergilər idarəsinin kollektoru idi, gününü gecə-gündüz küçələrdə, qapı-qapı gəzib, yuxu vergilərini yığırdı. Vətəndaşlar yatdığı saatların sayına uyğun olaraq gündəlik vergi verməklə mükəlləf edilmişdi. Ondan uzun müddət bir xəbər-ətər yox idi. İldə bir dəfə görüşərdilər ya görüşməzdilər. Nə üçün intihar etmək qərarına gəldiyini bilmirdi. Çünki düyü tarlalarında, yol tikintisində, göydələnlərin və eniş stansiyalarının inşasında çalışan fəhlələrlə müqayisədə işi daha yüngül idi. Və yəqin ki, özü yuxu vergisi kollektoru olduğundan başqalarına nisbətən 1-2 saat çox yatırdı.

    İntiharın səbəbi barədə sual vermək özü bir cinayətə bərabər idi. Ona görə uşaqlıq dostunun dəfn mərasimində iştirak etməsi üçün dəvətini qəbul etməkdən başqa çarəsi qalmadı.

    Budur artıq haverkar surəti yavaşlayır. Son təyinat nöqtəsi Göygöl ərazisində olan Kurqanlar çölü idi. Haverkar tam statik vəziyyətə gəldikdə, Samirin əlləri titrəməyə başladı. Yolunu azmış qərib kimi oyan-buyana baxırdı. Katafalkın arxa qapısını birinci açmağa tələsmirdi. Tanımadığı digər mərasim iştirakçıları da – onların ümumi sayı, Həmidin yanında əyləşmiş çox danışan ağsaqqalla birlikdə dörd idi – artıq hibernasiyadan ayılmışdılar və gözlərini ovuşdurub, ətraf reallığa alışmağa çalışırdılar. Virtual reallıqdan, fiziki reallığa keçid bir neçə saniyə ərzində insanı çaşqınlığa salır. Ağsaqqal qapıya ən yaxın olduğundan əlini onun lazerli sensoruna yaxınlaşdırdı. Gecənin zülmətinə qərq olmuş və süni işıqlandırmadan məhrum olmuş ucsuz-bucaqsız çöldə üfüqü buludların kölgəsinə bənzəyən əlçatmaz dağ silsiləsi bağlayırdı.

    Düşün çatdığ! Samir, qadası, işi bir az tez yekunlaşdırarsan, yaxşı? Dayının səhər tezdən aya şatlı var, Bakılı turistləri ayın orbiti ətrafında kosmik tura müşayiət etməliyəm

    Hər kəs bir-bir maşından düşdü, Samirlə Həmiddən savayı. Həmid yaman kövrəlmişdi. Dostunun hansı hisslər keçirdiyini çox yaxşı anlayırdı. Onun halına acmışdı. Əlini dizinin üstünə qoyub soruşdu:

    Samir, hər şey yaxşıdır? Bəlkə deyirəm bu axmaq fikirdən daşınasan. Sən hələ cavansan, işin də belə götürəndə, çox ağır deyil. Hələ gec deyil.

    Ancaq Samir bir söz demədi. Leysan yağışda yarpaq kimi titrəyən əlini dostunun əlinin üzərinə endirib, bir an bu vəziyyətdə saxladı. Sanki qeyri-verbal şəkildə dostundan təskinlik alırdı. Köks ötürüb, ayağa qalxdı və Həmidi artıq daxili işıqları sönmüş katafalkda yalnız buraxdı. Həmid hələ də dostunun öz həyatına hansı şəkildə qəsd edəcəyini müəyyən edə bilməmişdi.

    II

    Bircə deməsin ki, məni qəbirə diri-diri gömün-deyə Həmid özlüyündə fikirləşdi. Haverkardan təqribən 200-250 metr uzaqlaşmışdılar. Katafalkı idarə edən yekəpər, tırtılları üzərində hərəkət edən assistent robot alnından açılan projektor ilə qarşısını işıqlandırırdı. Sanki sahibi Samir ona dəqiq koordinatları vermişdi. Samir dayının arxasında inamsız addımlarla yeriyirdi, hərdən taqətsizlikdən sağ dizi qatlanırdı. Yerə yıxılmaması üçün Həmid onun qoluna girdi. Dəfn mərasimi iştirakçıları bu mənzərini etinadsız baxışlarla seyr edib, bələdçilik edən robotu təqib etməyə davam etdilər.

    Həmid ürəyində dostunu bu günə çatdıran, öz həyatına qəsd etməyə vadar edən dövlətə lənətlər yağdırdı. Cəmiyyətin bu

    Enjoying the preview?
    Page 1 of 1