Discover millions of ebooks, audiobooks, and so much more with a free trial

Only $11.99/month after trial. Cancel anytime.

Aljir
Aljir
Aljir
Ebook185 pages2 hours

Aljir

Rating: 4.5 out of 5 stars

4.5/5

()

Read preview

About this ebook

Aljir 4 hissədən ibarət yarıfəlsəfi elmi fantastika romanıdır.
1-ci hissədə fəlsəfi və elmi mövzulara yeni baxışlar, materiya və fəzanın var olması ilə bağlı hipotetik fikirlər;
2-ci hissədə dünyada mövcud olan sosial problemlər və texnologiyanın gələcəyi haqqında fikirlər;
3-cü hissədə sosial-etik problemlər və inanclara yeni baxışlar;
4-cü hissədə daha çox zaman və fəzanın təbiəti, gələcək texnologiyalar haqqında fərziyyələr cəmlənib. Xoş mütalilələr!

LanguageAzerbaijani
PublisherDavid Azad
Release dateApr 19, 2019
ISBN9780463467671
Aljir

Reviews for Aljir

Rating: 4.4 out of 5 stars
4.5/5

5 ratings0 reviews

What did you think?

Tap to rate

Review must be at least 10 words

    Book preview

    Aljir - David Azad

    ALJİR

    David Azad

    Qeyd!

    Əziz oxucu, oxuyacağınız bu kitab yarımfəlsəfi (əgər belə demək olarsa), bir az da elmi-fantastika janrındadır. Ümid edirəm, xoşlayacaqsınız.

    Yazıları xoşladığınız tədqirdə ingilis, türk və azərbaycan dillərindən başqa istənilən dillərə tərcümə edib nəşr edə, satışını həyata keçirə bilərsiniz. Buna görə sizdən heç bir müəllif haqqı tələb olunmayacaq.

    Həmçinin, tərcümələrin təkmilləşdirilməsində kömək etmək istəsəniz, zəhmət olmasa, mənə bildirin.

    Xoş mütaliələr.

    Hər kəs edilən şeylərin doğru, və ya yanlış olmasına görə özünü mühakimə edir. Mən isə onların edilib-edilməməsinə görə özümü mühakimə edirəm. Bir şeyi edərkən, bir şey haqqında düşünərkən niyə onun doğru, və ya yanlış olması bizi narahat etməlidir? Axı zaman keçdikcə doğru və yanlış, yaxşı və pis haqqında düşüncələrimiz dəyişir! İndi böyük çoxluq tərəfindən doğru və yanlış olaraq təsnifləndirilən şeylərin əksəriyyəti bir zamanlar, tarixin müəyyən dövrlərində tamamilə başqa cür anlaşılıb. Hər şey müqayisəni nəyə görə aparmağımızdan asılıdır. Biz inkişaf etdikcə, bizim müqayisə meyarlarımız da dəyişir. Kim bilir, bəlkə də, indi yenilikçi saydığımız bütün fikirlər, elə bir vaxt gələcək ki, qəbuledilməz cahillik hesab ediləcək?! Demək istədiyim odur ki, bizə öyrədilən hər şeyi sorğulamalıyıq, Bu şey yaxşıdır, bu isə pis deyən fikirləri susub qəbul etməməliyik. İnsanın qəbul etdiyi bütün əxlaq normaları bir gün mütləq tamamilə fərqli olacaq. Düşünürəm ki, insanın ən sondakı müqayisə meyarı bütün canlıların instinktiv ehtiyaclarını nəzərə alıb daim özü özünü yeniləyən fikirlər olacaq. Yoxsa ki, bir problemi yaradıb sonra o problemə həll kimi: Sənə edilməsini istəmirsənsə, sən də başqalarına etmə kimi axmaq fikirləri irəli sürmək sadəcə gülüncdür. Gülüncdür, ona görə ki, insanı eqosuna yönəlmiş mənfəət duyğusu ilə tərbiyələndirməyə çalışırlar. Bu ona oxşayır ki, biz deyirik: Mən yaxşılıq edirəm ki, mənə yaxşılıq etsinlər. Mən pislik etmirəm ki, mənə pislik etməsinlər. Bu, əxlaq qanunu ola bilməz. İnsanlığın yeni əxlaq qanunlarına ehtiyacı var. Bir gün gələcək ki, indi biz nəyi normal qəbul ediriksə, onda cahilliyimizin, geridüşüncəliliyimizin sübutu olacaq. Ona görə də bizə öyrədilənlərin hamısının sorğulanmasının, bir ideyanın daha üstün bir ideya yaradılaraq tarixə köçürülməsinin tərəfdarıyam. İndi Düşünürəmsə, deməli varam düşüncəsi Düşünürəm, hiss edirəm və bu qabiliyyətlərimi inkişaf etdirə bilirəmsə, demək var olmağa çalışıram" düşüncəsi ilə, ya da daha ağıllı insanların fikirləri ilə dəyişilməlidir. Həm də ki, biz bu düşüncə ilə var olduğumuzu sübut edə bilmərik. Axı, biz hər hansı bir fövqəltəbii varlığın gördüyü yuxuyuqsa, bu var olmağımız anlamına gəlmir. Mən də öz yuxumda cansız əşyaların düşündüyü illüziyasını yarada bilərəm. Bu onların var olduğu mənasını verə bilərmi? Ümumiyyətlə, var olmaq düşünə bilmə qabiliyyəti ilə sübut edilə bilməz.

    Biz inkişafımızın ən yüksək nöqtəsindəyik düşünmək insanlığın çoxdankı adətidir. Biz inkişafımızın ən yüksək nöqtəsində deyilik, var olduğumuz müddətdə heç vaxt elə bir nöqtəyə çata bilməyəcəyik. Ümumiyyətlə, inkişafın ən yüksək nöqtəsi deyə bir şey yoxdur. Lakin, inkişafa can atmamaq bizi olduğumuz yerdə saxlamır, əksinə, biz inkişafa can atmadıqca geriyə gedirik. Mən inkişaf deyərkən insanın intellektual, emosional, sosial-təbii-əxlaqi inkişafını nəzərdə tuturam. (Axı, digər canlılara münasibətdə davranışlarımız da əxlaqi səciyyə daşıyır.) Mənim düşüncəmdə əsas olan bunlardır.

    Mən anlaya bilmirəm;

    1. Niyə insanlar bir-birinə nifrət edə bilir? Əgər sosial-əxlaqi qanunlar bu şeyi dayandırmaq yerinə daha da tətikləyirsə və etdiyini bizə yeganə həqiqət kimi göstərirsə, sorğulanmalıdır.

    2. Niyə insanlar bilmək istəmir? Kimdən soruşsaq, bilmək istədiyini deyəcək. Lakin, həqiqətən bilmək arzusunda olan insanlar çox azdır. Qalanları bilik dedikdə digərlərinin üzərində hökm etmək, üstünlük qazanmaq üçün vasitə başa düşür.

    3. Niyə insanlar duyğuları ikinci plana atırlar, ciddi qəbul etmirlər? Bizə ən çox bilik verən elə duyğularımız, emosiyalarımızdır. Düşünürsünüz ki, dadlar barədə biliklərimiz Kvant fizikası barədə biliklərimizdən önəmsizdir? Elədirsə, yanılırsınız.

    Dadları bilmək də, qoxuları bilmək də, müxtəlif səsləri bilmək də ağıl göstəricisi ola bilər. Birini cahil ya da ağılsız adlandırarkən biz, əslində, bizim bildiklərimizi bilmir deyə o insanı alçaltmağa çalışırıq. Ancaq, reallıq budur ki, hər kəsin bir bildiyi var.

    Bir də ki, niyə bilmək və düşünmək insan olmağın tək göstəricisi kimi qəbul edilir? Biliyi və düşüncəsi olmayan biri insan sayıla bilməzmi? Var olmaq üçün təkcə ehtiyacımız olan düşüncə deyil. Məsələn, sürətli qaçmaq, soyuq havaya və ya isti havaya dözümlülük də varlığımızı davam etdirməyə xidmət edən bacarıqlar ola bilər. Niyə biz bilməyə can atırıq deyə, bilməyənləri alçaltmalıyıq? Mən biliyin, düşüncənin lazımsız olduğunu demək istəmirəm. Əksinə, bilik və düşüncə kimi lazımlı və vacib ikinci bir şey də görmürəm. Lakin, bu şeyi fərqli olmaq kimi düşünürüksə, bu bizi geridə saxlayır. Demək istədiyim odur ki, özümüzə individual yanaşırıqsa, başqalarına da individual yanaşmalıyıq. Bir insan yaxşı rəssam ola bilər, bir insan yaxşı aşpaz ola bilər, bir insan yaxşı elm adamı, bir insan da yaxşı bir filosof ola bilər və s. Axı niyə bunlardan biri digərlərindən daha əhəmiyyətli sayılmalıdır?! Hər biri digərlərindən ilhamlanaraq öz işini görsə, insan hərtərəfli inkişaf edər. Aşpaz digərlərindən ilham alaraq daha yaxşı yeməklər hazırlayar, rəssam digərlərindən ilhamlanaraq daha mükəmməl rəsm əsərləri yarada bilər. Alim də onlar kimi digərlərindən təsirlənərək düşüncəsini inkişaf etdirər (Dadlı yemək və rəngarəng şeylərdən, sənət əsərlərindən və fəlsəfədən uzaq insanın xəyal gücü də zəif olar). Demək istədiyim odur ki, insanlar xüsusiləşməyə meyl etdikcə, insanlıq inkişafdan qalacaq. Ola bilər ki, xüsusiləşməyə çalışmaq dominantlıq instinkti və ya nəsə başqa bir şeylə izah olunsun. Lakin, bu instinkt artıq lazımsızdır, həm də zərərli. Həm də insanın bütün təbii özəllikləri heç də həmişə var olmalı şeylər deyil. Dominantlıq instinkti bir təbii xüsusiyyət kimi ağıl dişindən fərqli bir şey deyil. Zaman keçdikcə bəzi təbii xüsusiyyətlər öz funksiyasını itirməyə məhkumdur. Ola bilər, çox qədim dövrlərdə bu instinkt bir növ olaraq bizim sağ qalmağımıza xidmət edib. Lakin, artıq o dövrlər deyil. İndi başqa dövrdür. İndi düşüncələrimizi dəyişməliyik ki, insan növünün inkişafını ləngitməyək.

    Yeri gəlmişkən, mən düşünürəm ki, bütün əxlaq qanunlarımızı tamamilə yeniləməliyik. Məsələn, niyə insanlar paltar geyinirlər? İlin soyuq dövrlərində bu anlaşılandır, çünki, canlının bədəni temperaturunu sabit saxlamalıdır. Elə isə ilin soyuq olmayan dövrlərində necə? Yəni, doğrudan mı elə düşünürsünüz ki, insanlar da digər heyvanlar kimi çılpaq gəzsələr, bu bir rəzalət olar? Əgər belə düşünürsünüzsə, yanılırsınız. Bir gün gələcək ki, insanlar bu düşüncə maneəsini aşıb heyvanlar kimi geyimsiz gəzəcəklər. Və bu, çoxlarınızın düşündüyü kimi seksuallıq, əxlaqsızlıq, rəzillik halı sayılmayacaq. Onda insan öz bədənini qəbul etməyə başlayacaq. İnsan anlayacaq ki, onun varlığının qəlibi olan bədəni heç də utancverici bir şey deyil.

    İnsanlar bilik və düşüncəni əsas məqsəd olaraq görürlər. Lakin, bilikli insanların əksəriyyəti ya bilik və düşüncəyə çatmağı yalnız müəyyən insanların bacara biləcəyi iş olaraq görür, ya da hər kəsin bilməsini və düşünməsini istəmir. İnsan iki ayağı üzərində hərəkət edən, düşünən canlıdır fikri İnsan canlıdır fikri ilə ya da başqa bir yeni fikir ilə əvəz olunmalıdır (Hərçənd, canlı və cansız arasında elə böyük bir fərq də yoxdur, əslində. Həyat davam edən kimyəvi reaksiyalar toplusundan başqa şey deyil. Cansızlar da kimyəvi reaksiyaya məruz qalıb daim dəyişirsə, onlar da yaşayır. Ya da, canlılar da yaşamır).

    Əziz insanlar, mən yeni bir qurğu yaratmışam. Adi kitabları bu sistemin oxuyucusuna yerləşdirdikdə ekranda kitabın içindəki yazılanlara uyğun təsvirlər, görüntülər yaranır. Bu kitab oxumağın yeni üsuludur. Kitabı yazan şəxsin ağlında nələr canlandığını, müəllifin əslində nələr demək istədiyini görüb anlaya bilərik. Bundan sonra kimsə öz mənfəətləri üçün digərlərinin fikirlərini vasitə edə bilməyəcək. Yaratdığım qurğunun yoxlama müddətini nəzərə almasaq, ilk istifadəsi elə indi olacaq. Lakin, bundan ən birinci xəbərdar olduğunuz üçün özünüzü xüsusi saymayın.

    Bir də ki, bu cihaz ola bilər ki, lazımsız görünsün. Lakin, sizin üçün qeyri-adiliyini itirmiş o qədər şey var ki, bir vaxtlar texnologiyanın zirvəsi sayılıb. Məsələn, elektrik lampası. Yaxud da sizin indi ən vacib saydığınız şeylərin çoxu bir zamanlar ən lazımsız şeylər sayılıb. Məsələn, barmaq izi keçidli bank hesabları. Barmaq izlərimizi bank kartlarının əvəzləyicisi kimi istifadə edə biləcəyimizi ilk deyən şəxsə o qədər çox gülmüşdülər ki! Sonralar barmaq izlərimizin bank kartları əvəzinə istifadəsi fikri tətbiq olunanda onların gülüşlərinin axmaqlıqdan başqa bir şey olmadığı məlum oldu. İndi siz barmağınızı barmaq izi oxuyucusuna yaxınlaşdırmaqla ödənişlər edirsiniz, bu sizin üçün adi haldır. Amma, bir vaxtlar ən gülünc ideya sayılırdı.

    Buyurun, izləyə bilərsiniz" – deyərək Paul Eluard əlindəki bir neçə kitabı cihazın oxuyucusuna qoydu və cihazı işə saldı. Ekranda görüntü canlanmağa başladı.

    Bənövşəyi yuxular

    İnsan həm xoşbəxtdir, həm də bədbəxt. İnsan həm yaxşıdır, həm də pis. Həyatda var olan bütün ziddiyətlər onda toplanır. Əslində ziddiyyətlər daim bir-biri ilə savaş içində olmalıykən, insan xislətində sülh içində yaşayır. Bir təzad, bir ziddiyyət də buradadır ki, bütün ziddiyyətlərin insanda mübarizəsiz yola getdikləri görünsə də, onlar insanı məhv edir: bütün yaxşı və pis şeylər insanı uçurumdan aşağı yuvarlayır. Təkcə insan xislətində deyil, təbiətdə də hər şey ziddiyyətlərdən ibarətdir. Elə həyatın özü də... Həyat zidd olan şeylərin öz təbiətlərinə əks olaraq vəhdətdə olmasının nəticəsində var.

    Nə dediyini anlaya bilmirəm. Bəlkə, fikrini anlaya bilməyim üçün daha da aydın izah edəsən?!

    Olar.

    Elə isə, xahiş edirəm, izah et. Yoxsa, qorxuram ki, danışdıqlarından bir şey anlaya bilməyim.

    Elena gülümsədi. Çox keçmədi ki, onun üzündəki, sadəcə üz qırışlarından ibarət olan bu təbəssüm yoxa çıxdı, yenə əvvəlki kimi qüssəli ruh halına qayıtdı. Daha sonra Marinin onun fikirlərini anlaya bilməsi üçün yenidən izah etməyə başladı. Əslində, hələ heç fikirlərini izah etməmişdi. Demək olardı ki, hələ indi izah edəcəkdi.

    – "Bax, Mari. Dünən yuxuda qəhqəhə ilə güldüyümü gördüm. Sonra isə bu qəhqəhələr kədərə çevrildi. Bu, gülüş ilə kədərin bir-birinə əks olmasına baxmayaraq birlikdə var olması deməkdir. Bilirəm ki, qəhqəhəli gülüşlərimin kədərə çevrildiyi yuxunun bir psixoloji səbəbi var. Amma, fikrimin izahı üçün bu yuxumu fəlsəfə obyekti etməliyəm. Zidd şeylər bir-birindən ayrılıqda mövcud ola bilməz. Onlar birlikdə var ola bilər. Məhz beləcə bütün hər şey mövcud olur.

    Hər kəs sevinc, xoşbəxtlik arzusundadır. Lakin, bədbəxtlik, kədər olmadığı halda bunlar da mənasız olur: insanlar kədərsiz xoşbəxtlik istəyir. Necə də mənasız arzuları var onların. Dünənki yuxumda hədsiz sevinclə dolu gülüşlərimin sonda kədərə çevrilməyi mənə öyrətdi ki, bədbəxt olmadan sevinmək mümkün deyil, ya da bu əsl sevinc olmur. İki ziddiyyətli hiss bir-birindən ayrı var ola bilməz. Və yaxud da, məsələyə bir az bədii təsvir qatsaq, belə bir izah verim. Qırmızı ləçəkləri olan bir çiçək düşün. Xoşbəxtlik nümunəsidir. Kənardan baxan hər kəsə öz gözəlliyini, öz xoşbəxtlik simvollarını  qırmızı ləçəklərini göstərir. Lakin, bu çiçəyə yaxınlaşıb ona yaxından baxsaq, onun hüznlə dolu olduğunu görərik. Qırmızı ləçəklərin arasında qara bir nöqtə. Xoşbəxtlik saçan çiçəyin daxilindən kədər yağır. Xoşbəxtliklə, gözəlliklə çiçəyin hüznü bir yerdədir. Bir-birinin əksi olan iki şey bir yerdədir. O çiçəyin yalnız qırmızı ləçəkləri olsa, kimin xoşuna gələr ki?! Qırmızı ləçəklərin arasında qaranlıq olmasa mənasız olmazmı?! Bu ziddiyyətlərin birliyidir.

    İnsan doğulur. Bu həyatın xoşbəxt tərəfidir: təbiət yeni bir varlıq yaradıb. Lakin, bir gün doğulan elə bir gün gəlir ki, ölür. Bir gün var olan elə bir gün gəlir ki, artıq var olmur. İnsan doğulduğu kimi də ölür. İnsan ölümünü isə həyatın hüznlü tərəfinə yazırıq. Həyat xoşbəxtlik olduğu qədər də kədərdir.

    İndi bu ziddiyyətlərdən birinin olmadığını düşün. İnsanlar ancaq doğulur və ölmür. Səncə həyat belə olsa, öz mənasını, maraqlılığını itirməzmi?! Yaxud da düşün ki, bir zaman gəlir insan doğulmur, yer üzündəki insanlar ölür. Bu halda da həyat mənasız olar: hərçənd ki, həyatda məna tapmaq hələ heç kimə nəsib olmayıb, lakin, həyatın mənasızlığı daha da artar.

    Bir gün insan şüuru o qədər inkişaf edə bilər ki, insan həyatının sona çatmasını əngəlləyər: insan həyatı sonsuz olar, insan ölümsüzlük əldə edər. Lakin, ölümsüzlük bizə lazımdırmı? Ölümsüz yaşamaq kimi xoşbəxt edər ki? İnsanın həyatda tək etməli şey xoşbəxtliyə çatmaqdır. Lakin, insan ölümdən qaçmaqla xoşbəxtlikdən də qaçır: hədsiz dərəcədə həyat eşqi olan, ölüm qorxusu qarşısında əsən insanlara nifrət edirəm.

    Zidd olan şeylər bir-birindən ayrılıqda var olmaz. Əks olan iki şeydən birini yox etmək, digərini də yox etməyə bərabərdir. İndi nə demək istədiyim anlaşılırmı, Mari?"

    Əlbəttə. Lakin, düşüncəndə olanların izah etdiklərindən daha xariqüladə bir şey olduğuna əminəm. İnsan heç zaman düşündüklərini sözlərə tamamilə çevirə bilmir.

    – "Mari, bizim həyatımız ziddiyyətlərdən təşkil olunub. Əslində, ziddiyyətlər bir-biri ilə mübarizə aparmalı ikən, daim bir-birini izləyir, bir tərəf var olmaq üçün digər tərəfə - zidd olduğu şeyə ehtiyac duyur. Cənab Şveserin fizikadan bizə öyrətdiklərini yada sal. Hətta, fizika belə hər şeyin əks olduğu şey ilə birlikdə var olmasının tərəfindədir. Məsələn, materiyanın maddə formasını yaradan zərrəciklərdən elektron və protonlar hər biri ayrılıqda materiya olmasına baxmayaraq onların birliyi olmasa atom və molekullar var ola bilməz. Bu zərrəciklərdən biri olmasaydı, digəri təklikdə maddə olmazdı. Varlıq əksliklərin

    Enjoying the preview?
    Page 1 of 1